"Xəzər Lənkəran" və "Simurq"un sabiq qapıçısı Pavel Kapsa karyerasını vətənində davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, "Xəzər Lənkəran"dan ayrılandan sonra klubsuz qalan qolkiper Polşanın "Miedz Leqniça" komandasında çıxış etməyə hazırlaşır.
Bu komanda hazırda ölkənin birinci divizionunda çıxış edir. Kapsa baxışdan uğurla keçə bilsə, onunla müqavilə imzalanacaq.