21 yaşdək futbolçulardan ibarət milli komandamız "Antalya Cup” turniri çərçivəsində bu gün növbəti oyununu keçirib.
Newsport.az saytınının məlumatına görə, gənclərimiz Albaniyadan olan həmyaşıdları ilə üz-üzə gəlib.
Qarşılaşma millimizim böyükhesablı qələbəsi ilə başa çatıb. Fasilədən sonra 4 qol vurmağı bacaran milli komandamız Albaniyanı darmadağın edib.
Qeyd edək ki, millimiz bundan əvvəl keçirdiyi hər iki görüşdə qələbə qazanıb. Millimiz Ukraynadan oolan həmnyaşıdlarını 2-1, Səudiyyə Ərəbistanının U-20 komandasını 3-0 hesabı ilə məğlub edib.
Azərbaycan (U-21) 4-0 Albaniya (U-21)
Qollar:Vüqar Mustafayev 63, Azər Salahlı 74, Kamal Mirzəyev 80, Kamran Abdullazadə 90.