FİFA-dan “Rəvan”a ŞOK cəza!

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Newsport.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:
 
FIFA 21.01.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın İntizam Komitəsinin "Rəvan” klubu haqqında qərar qəbul etdiyini bildirib. Belə ki, "Rəvan” klubu ilə həmin klubda çıxış etmiş futbolçu Artur Kotenko arasında bağlanmış müqavilə şərtlərinə riayət edilməməsi səbəbindən klubun cari mövsüm üçün aktivliyindən 6 xalın silinməsi göstərilib.
 
Yuxarıda göstərilənləri nəzərə alaraq AFFA-nın İntizam Komitəsi tərəfindən aşağıdakı qərar qəbul edir:
1.Azərbaycan Premyer Liqasında çıxış edən "Rəvan" FK-nın cari mövsüm aktivliyindən 6 xal silinsin.
 
FIFA həmin tarixdə AFFA-ya daha bir məktub ünvanlayıb. Məktubda FIFA-nın İntizam Komitəsinin "Bakı” klubu haqqında qərar qəbul etdiyi deyilir. "Bakı” klubu ilə həmin klubda çıxış etmiş futbolçu Dejan Brankoviç arasında bağlanmış müqavilə şərtlərinə riayət edilmədiyi üçün klubun cari mövsüm aktivliyindən
3 xal silinməsi istənilib.
 

Yuxarıda göstərilənləri nəzərə alaraq AFFA-nın İntizam Komitəsi tərəfindən aşağıdakı qərar qəbul edir:
1. Azərbaycan birinci divizionunda çıxış edən "Bakı" FK-nın cari mövsüm aktivliyindən 3 xal silinsin.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right