"Komanda olaraq yaxşı futbol oynadıq. Yetirmələrim verdiyimiz tapşırıqları dəqiq yerinə yetirdilər”.
Newsport.az-ın məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadə deyib.
"Antalya Cup” turnirində bu gün Albaniyanın U-21 komandasını 4:0 hesabı ilə məğlub edən millimizin çalışdırıcısı görüş haqda fikirlərini AFFA-nın saytına açıqlayıb: "Birinci hissədə qol epizodlarımız oldu. Təəssüf ki, yararlana bilmədik. Fasilədən sonra qol imkanlarından istifadə etdik. Hesab daha böyük ola bilərdi. Sevindirici məqamlardan biri də qolların ikisinin dayaq yarımmüdafiəçisi, birinin isə müdafiəçi tərəfindən vurulmasıdı. Bu, onların hücamameyilli oyun nümayiş etdirməsindən irəli gəlir”.