Azərbaycan milli komandasının sabiq üzvü Rasim Ramaldanovun yeni klubunun adı rəsmən bəlli olub.
Newsport.az saytının məlumatına görə, mərkəz müdafiəçisi karyerası Azərbaycan Premyer Liqasında mübarizə aparan "Sumqayıt” klubunda davam etdirəcək.
"Xəzər Lənkəran”dan ayrıldıqdan sonra klubsuz qalan Ramaldanov cari mövsümün sonunadək "gənclik şəhəri” təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Ramaldanovun "Xəzər Lənkəran”a qayıtma ehtimalı da var idi. Belə ki, cənub klubunun baş məşqçisi Elbrus Məmmədov Rasimin xidmətində maraqlı idi. Lakin futbolçu sabiq klubuna qayıtmağa razılıq verməmişdi.