Azərbaycan Premyer Liqasının ikinci yarısına hazırlaşan "Xəzər Lənkəran” baxışa daha bir futbolçu cəlb edib.
Newsport.az saytının məlumatına görə, söhbət gəc yarımmüdafiəçi Asif Mirilidən gedir. Bakının "İnter” klunun yetirməsi olan yarımmüdafiəçi komandanın düşərgəsində bir neçə gün baxışdan keçəcək. Futbolçu ilə bağlı yekun qərarı cənubluların baş məşqçisi Elbrus Məmmədov qərar verəcək.
Qeyd edək ki, "Xəzər Lənkəran” baxışda olan bir neçə futbolçu ilə bağlı yekun qərar verib. Cənublular Nodar Məmmədov, Orxan Səfiyaroğlu, Ruslan Cəfərov və Vaqif Güləliyevlə yaxın günlərdə rəsmi müqavilə imzalayacaq.