Azərbaycan yığmasının sabiq üzvü Rumıniya klubunda

Azərbaycan yığmasının sabiq üzvü Elhad Nəziri karyerasını bərpa etməyə qərar verib.

Newsport.az-ın məlumatına görə, o, bundan sonra Rumıniyada çıxış edəcək.

Belə ki, millimizin sabiq müdafiəçisi bu ölkənin ikinci liqasında çıxış edən "Metalul Reşitsa" ilə razılığa gəlib.

Xatırladaq ki, Elhad vaxtilə Rumıniyanın "Petrolul", Moldovanın "Milsami" klubunda çıxış edib. Ölkəmizdə isə o, "İnter", "Rəvan", "Araz Naxçıvan" və "Neftçala"da top qovub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right