Rəşad Sadiqovun zədəsi ciddi deyilmiş

Ukraynanın "Dnepr" klubu ilə ötən gün baş tutan yoxlama oyunu "Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov üçün uğursuz alınmışdı.

Newsport.az saytının məlumatına görə, təcrübəli futbolçu komandasının 0:1 hesabıyla uduzduğu görüşü erkən başa vurmalı olmuşdu.

Belə ki, ilk yarıda rəqib qapıçı ilə toqquşan futbolçu başından zərbə aldığı üçün əvəzlənmək məcburiyyətində qalmışdı. Amma həkim müayinəsindən sonra onun heç bir ciddi probleminin olmadığı müəyyənləşib. Sadiqov artıq sabahdan etibarən məşqlərə başlaya biləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right