Azərbaycan Premyer Liqasının II hissəsnin hazırlıqlarını davam etdirən "Qəbələ” daha bir futbolçunu baxışdan keçirir. Newsport.az-ın məlumatına görə, söhbət braziliyalı futbolçu Emerson Brito dos Santosdan gedir.
25 yaşlı hücumçu karyerası ərzində yalnız vətənində oynayıb. Ampulaca hücüumçu olan Emerson Braziliyada "Bahia”, "Vitoria” və "Palmeyras” və "Amerika -RN” kimi klubların formasını geyinib.
Futbolçunun hazıra ölkəsində olduğu bildirilir. O, müəyyən sənədləşmə işini qaydasına qoyduqdan sonra "Qəbələ”nin düşərgəsinə qoşulacaq. Forvard ilə bağlı yekun qərarı "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk verəcək.