Premyer Liqasının II hissəsinə hazırlaşan "Xəzər Lənkəran” baxışda dəvət etdiyi futbolçularla bağlı qərar qəbul edib.
Newsport.az-ın məlumatına görə, cənub təmsilçisi baxışda olan Nodar Məmmədov, Orxan Səfiyaroğlu, Vaqif Güləliyev və Ruslan Cəfərovu komandada saxlamağı üstün tutub. Adıçəkilən futbolçularla yaxın günlərdə 1 illik müqavilə imzalanacağı gözlənilir.
Əlavə edək ki, "Xəzər Lənkəran” Topaz Premyer Liqasının II hissəsinin startına kimi bir yoxlama oyunu keçirməyi planlaşdIrır.