Azərbaycan Premyer Liqasının II hissəsinə Bakıda hazırlaşan "Rəvan” klubu yoxlama oyununda qüvvəsini sınayıb.
Newsport.az-ın məlumatına görə, Bəhmən Həsənovun komandası I Divizion təmsilçisi "Qaradağ Lökbatan”la üz-üzə gəlib.
3 qolun qeydə alındığı qarşılaşmadan "Rəvan” 2-1 hesablı qələbə ilə ayrılıb. "Aslanlar”ın hər iki qoluna Saşa Yunisoğlu imza atıb.