Azərbaycan Premyer Liqası klublarının təlim-məşq toplanışı və yoxlama oyunlarını izləmək üçün Türkiyənin Antalya şəhərində olan Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, köməkçisi Qordan Tsipriç, eləcə də AFFA-nın texniki direktoru Bernhard Lippert və Antalyada toplanışda olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadə, məşqçilər Babək Alxasov və Ramiz Əhmədov “Qarabağ” – "Admira Vakker" (Avstriya) və "Qarabağ" - "Jagelloniya" (Polşa) oyununa baxıblar.
Newsport.az-ın məlumatına görə, Ağdam klubu hər iki oyunda müvafiq olaraq, 3:4 və 0:1 hesablı məğlubiyyətlə üzləşib.