AFFA və PFL-in birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən qış kubokuna yekun vurulub.
Newsport.az-ın məlumatına görə, turnirin son oyununda “Şərurspor” və MOİK komandaları qarşılaşıb.
Rəqibini 3:0 hesabı ilə məğlub edən MOİK-in qollarını Rəfael Qəvami, Pərvin Paşayev və Fərid Kərimzadə vurub.
4 oyundan 10 xal toplayan “Neftçi” kubokun qalibi olub. Turnirin son oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov, həmçinin turniri yayımlayan televiziya kanalının baş direktoru Volkan Ust kuboku “Neftçi”nin kapitanı Araz Abdullayevə təqdim ediblər. (AFFA)