Əsgər Abdullayev: “Gələcəyimizi bu futbolçularla qurmaq istəyirik” MÜSAHİBƏ

Ötən gün "Bakcell Arena”da "Neftçi” və "Kəpəz” komandaları arasında yoxlama oyunu baş tutub. Qarşılaşma "Neftçi”nin 2-1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmadan sonra "ağ qaralar”ın baş məşqçisi Əsgər Abdullayev Newsport.az-ın suallarını cavablandırıb. 

 -"Kəpəz” üzərində qələbə qazandınız. Qarşılaşma haqqında fikirlərinizi bilmək istərdik...
-Təlim-məşq toplanışmızın son günü idi. Hazırlığımızın məqsədi əsas heyət oyunçularını müəyyənləşdirmək idi. Həmçinin, gənc oyunçuları nəzərdən keçirmək istəyirdik.  Sadaladıqlarımı yerinə yetirməyə çalışdıq. Düzdü, bəzi futbolçuların yerlərinə oyunçu tapsaq belə, onları indidən izləmək elə də asan olmayacaq. Bəzi futbolçuları əvəz etmək asan məsələ deyil. Ümumilikdə hazırlıqlarımız normal keçdi. Məncə, istədiyimizə nail ola bildik. 
 -"Neftçi”ni mövsümün ikinci yarısına hazır saymaq olar?
-Toplanışımız normal keçdi. Proqramımızdan çıxmamağa çalışdıq. Fasilə zamanı keçirdiyimiz matçlarda pis və ya yaxşı oyunlarımız oldu. Futbolçularda özünəinam var. Düçünürəm ki, toplanışımız normal  baş tutdu. 
  -"Kəpəz”lə matçda gənc qapıçılar sınaqdan keçirdiniz. Əvəzedici qapıçı kimi,, məhz bu qapıçılardan birinə şans verəcəksiniz?
-Bu məsələnin üzərində dayanmışıq. 3 qapıçı ilə davam etməyi nəzərdə tutmuşuq. Bundan əlavə Maksim Vaylonu da yenidən komandaya cəlb etmişik. Belə oyunlarda gənc futbolçuları yoxlamaq lazımdı. Əsas məqsədimiz öz oyunçularımızı yetişdirməkdi. Gələcəyimizi bu futbolçularla qurmaq istəyirik.
 -Anton Krivotsyukun oyunundan razı qaldınız?
-Antonun çıxışını bəyəndim. Yaşına uygun oynamır. Oyun zamanı çox sakit və sərbəst idi. Fikrimcə, sona yaxın biraz yorulmuşdu. Ümumilikdə yaxşı təsir bağışladı. 
 -Miçal Peskoviçin ailə problemlərinə görə icazə aldığı bildirilir...
-İndiyədək gəlmək fikri olsaydı, gələrdi.  Ailəsində hansı problem olmasından xəbərim yoxdur. 
 -Komandada baxışda olan Akif Həsənovla bağlı nə qərar vermisiniz?
-Akif daha öncə əvəzedici komandada idi. Bakıda təşkil olunan turnirdə onu yoxlamalı idim.  Lakin mən onu görmədim. 
 -Heyəti tam komplektləşdirə bilmisinizmi?
-Öz futbolçularımızla nəsə etməyə çalışdıq. Gənc futbolçularımızı yetişdirmək istəyirik. Nə qədər ki, imkan var, onlara şans verməyə çalışırıq. Gələcəkdə heyətə yeni futbolçular cəlb edə bilərik. Hazırda əsas işimiz əvəzedicilərimiz və gənc futbolçularımızladı.

Mərdan Həsənov





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right