"Qarabağ"ın məşqçisi xərçəngə qalib gəldi

"Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi yarım illik fasilədən sonra yenidən komandaya qayıdıb.

Newsport.az-ın məlumatına görə, Çudomir Çakarov  Ağdam klubunu yayda tərk etmişdi.

Buna səbəb onun xərçəng xəstəliyindən əziyyət çəkməsi idi. Geridə qalan müddət ərzində o, müalicə alırdı. Artıq xəstəlikdən yaxa qurtaran bolqar mütəxəssis yenidən Ağdam klubuna qayıtmağa qərar verib.

Qeyd edək ki, Çakarovun olmadığı dövrdə onun vəzifəsini Ruben Selles yerinə yetirirdi. Hazırda hər iki mütəxəssis komandadır.

Sonda onu da bildirək ki, Çakarov Azərbaycan futbolunda 2007-ci ildən çalışır. Onun ölkəmizdəki ilk iş yeri isə "Bakı" olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right