“Qarabağ” bu gün qayıdır

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qarabağ” təlim-məşq toplanışını başa vurub.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi bu gün vətənə dönür.

Yanvarın 5-dən Antalyada hazırlıq keçən Qurban Qurbanovun komandası qonşu ölkədə 4 yoxlama oyunu keçirib. İlk sınağında   Almaniyanın regional liqa təmsilçisi "Rot-Vays"a 1:0, Macarıstanın "Dioşqyor" klubuna isə 4:0 hesabı ilə qalib gələn “atlılar” ötən gün  Polşanın “Jagelloniya” klubuna 0:1, Avstriya təmsilçisi “Admira Uaker”yə  3:4 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right