Millimiz ikinci oyunundan da qalib ayrıldı

Türkiyədə təşkil olunan “Antalya Kuboku” turnirində iştirak edən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikincu oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, gənclər yığmamız bu dəfə Səudiyyə Ərəbistanının U-20 yığmasına qarşı mübarizə aparıb.

Ərəblərlə qarşılaşma millimiz üçün uğurlu alınıb. Futbolçularımız rəqib qapısından üç cavabsız top keçiriblər.

Xatırladaq ki, komandamız turnirdəki ilk oyununda Ukraynanın müvafiq yaş qrupuna aid yığması ilə qarşılaşmış və 2:1 hesabı ilə qələbə qazanmışdı.

Antalya Kuboku
24 yanvar

Azərbaycan - Səudiyyə Ərəbistanı - 3:0 (2:0)
Qollar: Namiq Ələsgərov, 8-pen. (1:0). Elnur Cəfərov, 18-pen. (2:0). Namiq Ələsgərov, 77 (3:0).
Qırmızı vərəqə: Mohammad Alyame, 8.

Azərbaycan: Tərlan Əhmədli, Rahil Məmmədov, Azər Salahlı, Məqsəd İsayev, Elnur Cəfərov, Kamal Mirzəyev, Namiq Ələsgərov, Vüqar Mustafayev, Ruslan Nəsirli, Sadiq Quliyev, Adil Nağıyev.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right