Qazaxıstanın "Şaxtyor” klubunun əvəzedici komandasının forvardı Akif Həsənovun "Neftçi”də baxışda olması ilə məlumatı diqqətinizə çatdırmışdıq.
Azərbaycan millsinin aşağı yaş qrupları üzrə komandasının sabiq futbolçusunun paytaxt klubuna keçidi baş tutmayıb.
Bu barədə Newsport.az-a açıqlamasında komandanın baş məşqçisi Əsgər Abdullayev məlumat verib. O, Həsənovun komandanın düşərgəsinə gəlmədiyini bildirib: "Bəli, mən Həsənovu Bakıda təşkil olunan mini turnirin oyunlarında yoxlamalı idim. Amma mən o futbolçunu görmədim.”
Qeyd edək ki, Həsənov 19 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvüdür. O, baş məşqçi Nikolay Adamın dönəmində milli komandamıza cəlb olunmuşdu.