"Qəbələ" - "Dnepr": başlama saatı müəyyənləşdi

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” sabah son yoxlama oyununu keçirəcək.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, yanvarın 10-dan Antalyada təlim-məşq toplanışında olan “qırmızı-qaralar” 3-cü sınağında Ukraynanın “Dnepr” klubu ilə görüşəcək.

Artıq sözügedən matçın başlama saatı müəyyənləşib. Sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Görüş “Gloria Sport Arena”da oynanılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right