Vladimir Korobka: “Kəpəz”də özümü baxışdakı kimi hiss etmirəm”

“Komanda təlim-məşq toplanışında olduğundan müyyən yorğunluq vardı. Bu da oyuna öz təsirini göstərir. Həm də yoxlama oyunlarında nəticə önəmli deyil”.

Newsport.az saytına müsahibəsində bu sözləri hazırda “Kəpəz”in düşərgəsində baxışda olan Vladimir Korobka deyib.

“Neftçi”yə qarşı yoxlama oyununda Gəncə klubunun yeganə qoluna imza atan ukraynalı futbolçu, “Kəpəz”də özünü yad kimi hiss etmədiyini vurğulayıb: “Neçə gündür “Kəpəz”in düşərgəsindəyəm. Burda özümü baxışdakı kimi hiss etmirəm. Hamı mənə kömək olmağa çalışır. Komandada çox gözəl ab-hava var. Hər kəs digərinə dəstək olur”.

“Kəpəz”də qalacaqsanmı” sualını 26 yaşlı futbolçu belə cavablandırıb: “Bu haqda düşünmürəm. Çünki mən ilk növbədə öz işimi görürəm. Komandada qalıb-qalmayacağım haqda yekun qərarı məqşçi verəcək. Onun istənilən qərarına hörmətlə yanaşacağam. Azərbaycanda olduğum müddətdə bir neçə komandaya qarşı oynamışam. Amma klubların səviyyəsi barədə nəsə demək çətindir. Çünki hazırda bütün komandalar hazırlıq keçirlər”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right