Azərbaycan milli komandasının sabiq üzvü Rasim Ramaldanovun "Xəzər Lənkəran”a geri dönəcəyi ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.
Newsport.az-ın məlumatına görə, Artıq Ramaldanovun "Xəzər Lənkəran”ın düşərgəsinə qoşulacağı tarix də bəlli olub.
Əldə etdiyimiz məlumata görə, təcrübəli müdafiəçi yanvarın 25-də cənub təmsilçisinin düşərgəsində olacaq.
Xatırladaq ki, Ramaldanov "Xəzər Lənkəran”ın yeni kapitanı olacaq.