"Qarabağ"dan Çumbinyo ilə bağlı rəsmi açıqlama

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"da daha bir dəyişiklik olub.

Newsport.az-ın məlumatına görə, 2013-cü ilin yayından Ağdam klubunun sıralarında olan Çumbinyo ilə qarşılıqlı şəkildə yollar ayrılıb.

Braziliyalı yarımmüdafiəçi 2,5 mövsüm "Qarabağ"ın uğurları üçün tər töküb. Bu komandanın heyətində 2 dəfə ölkə çempionu olub, 1 dəfə kuboka sahib çıxıb.

"Qarabağ" Çumbinyoya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. (klub saytı)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right