Azərbaycan milli komandasının sabiq üzvü Fərhad Vəliyev karyerasını bitirməyə hazırlaşır.
Newsport.az-ın məlumatına görə,uzun müddətdir ki,"Qarabağ”da əsas heyətə düşə bilməyən Vəliyev məşqçiliyə başlamağa hazırlaşır. Bizdə olan məlumata görə, "Sumqayıt”ın sabiq qapıçısı Şəhruddin Məhəmmədəliyevin "Qarabağ”a gəlməsi Fərhadın məşçiliyə başlamasını daha da sürətlədirəcək.
Qeyd edək ki, Sumqayıt futbolunun yetirməsi olan Vəliyev Azərbaycanın bir neçə iddialı komandasında çıxış edib.