"Qarabağ"dan iki məğlubiyyət

Mövsümün ikinci yarısına hazırlıqlarını Antalyada davam etdirən "Qarabağ" təlim-məşq toplanışını bu gün yekunlaşdırıb.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi son oyun günündə iki yoxlama görüşü keçirib.

Son Azərbaycan çempionu ilk öncə Avstriyanın “Admira Uaker” klubu ilə üz-üzə gəlib.  Bu matçda Ağdam klubu 3:4 hesabı ilə uduzub.

Qurban Qurbanovun komandası daha sonra Polşanın "Yaqelloniya" klubu ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Qarabağ” ilk yoxlama oyununda  Almaniyanın regional liqa təmsilçisi "Rot-Vays" klubuna 1:0, Macarıstanın "Dioşqyor" klubuna isə 4:0 hesabı ilə qalib gəlib.

 

 

23 yanvar

Yoxlama oyunları
 

20:15. “Qarabağ” (Azərbaycan) – “Jagelloniya” (Polşa) - 0:1 

18:15. “Qarabağ” (Azərbaycan) – “Admira Uaker” (Avstriya) - 3:4





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right