Mövsümün ikinci yarısı üçün hazırlıqlarını Bakıda davam etdirən "Kəpəz" bu gün yoxlama görüşündə qüvvəsini sınayıb.
Newsport.az-ın məlumatına görə, Gəncə təmsilçisi "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirib.
"Bakcell Arena"da keçiriləcək oyun "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
23 yanvar
Yoxlama oyunu
17:00. "Neftçi" - "Kəpəz" - 2:1
Qollar: Ruslan Qurbanov, 61 (1:0), 72 (2:0), Vladimir Korobka, 74 (2:1)