Azərbaycanın U-19 yığmasının müdafiəçisi Elgün Uluxanov karyerasını "Qarabağ"da davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, mövsümün əvvəlini Rusiyanın "Krasnodar" klubunda keçirən futbolçu hazırda Ağdam klubunun düşərgəsində baxışdadır.
Amma o, saytımıza açıqlamasında bu komandada qalıb-qalmayacağını dəqiqləşdirmədiyini deyib: "İndi "Qarabağ"da məşq edirəm, hər şey qaydasındadır. Komandada atmosfer çox yaxşıdır. Amma burada qalıb-qalmayacağımı bilmirəm. Bütün məsələlərə daha sonra aydınlıq gələcək".