"Qarabağ" braziliyalı futbolçusu Çumbinyo ilə yollarını ayırır.
Newsport.az-ın məlumatına görə, uzun müddət zədələnərək əvvəlki formasından uzaq düşən və sonradan istədiyi futbolu sərgiləməyən "sambaçı" Qurban Qurbanovun "qara siyahısı"na düşüb. Təcrübəli futbolçunun hansı klubla anlaşdığı hələlik məlum deyil.
Antalyada təlim-məşq toplantısında olan Ağdam klubunun düşərgəsini tərk edərək Bakıya gələn yarımmüdafiəçi sənədini götürərək çemodanını yığışdırıb "köhlən atlar"la vidalaşacaq.
idmanxeber.com