İordaniya klubundan rəsmi təklif alan futbolçu: “Qərar verdim ki...”

Xəbər verdiyimiz kimi ötən mövsüm Azərbaycan çempionatının I Divizionunun bombardiri olmuş – hazırda I Divizionda mübarizə aparan "Şəmkir”klubunun uğurları üçün çalışan İlham Allahverdiyev karyerasını İordaniya çempionatında davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, forvard ilə İordaniya çempionatında mübarizə aparan "Ramta” klubu yaxından maraqlanır. Artıq klub Allahverdiyevə rəsmi təklif göndərib. 

Amma hücumçunun İordaniya klubuna keçidi baş tutmayıb. Məsələni Allahverdiyevin dilindən eşidək: 
"Düzdü, İordaniyanın "Ramta” klubundan təklif almışdım. Amma sözügedən kluba keçidim baş tutmayacaq. Burada, bir neçə məqam var.  Əvvala İordaniya təmsilçisi mənim təkbaşına ora getməyimi istəyirdi. Mən isə buna narazılıq etdim. Dilini bilmədiyim bir ölkəyə menecerimsiz getməyi düzgün qərar hesab etmədim. Həmçinin, İordaniya klubu bilet piulunu mənim ödəyəcəyimi bildirdi. Dil problemim də var. Bu səbəblərdən də İordaniya klubuna keçidim baş tutmadı.”
 
Allahverdiyev həmçinin gələcək karyerası ilə bağlı da danışıb: "Hazırda, "Şəmkir”in düşərgəsindəyəm. Yəqin ki, mövsümün sonunadək Şəmkir klubunun şərəfini qoruyacağam.  Premyer Liqa klublarından təklif alsam bu barədə düşünərəm.”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right