Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Zirə” bu gün növbəti yoxlama oyununu keçirib.
Newsport.az-ın məlumatına görə,Azərbaycan Premyer Liqasının debütant komandası Rumıniya çempionatında mübarizə aparan "Tırqu Mureş” komandası ilə üz-üzə gəlib.
Qarşılaşma təmsilçimizin minimal hesablı qələbəsi ilə başa çatıb. "Zirə”nin qoluna Tato imza atıb.
Bu qələbə "Zirə”nin ilk qələbəsi kimi yadda qalıb. "Qartallar” bundan öncə keçirdiyi hər iki yoxlama oyununda məğlub olmuşdu. Adil Şükürovun komandası Qazaxıstanın "Ordobası” klubuna 4-1, Almaniyanın "Optik” komandasına isə 1-0 hesabı ilə məğlub olmuşdu.