Azərbaycan Premyer Liqasının II hissəsinin hazırlıqlarını ölkəmizdə davam etidrən "Xəzər Lənkəran”ın "Sumqayıt”ın əvəzedici komandasına qarşı keçirəcəyi yoxlama oyunu baş tutmayacaq.
Newsport.az-ın məlumatına görə, cənub klubu sabah baş tutması nəzərdə tutulan oyundan imtina edib. Əldə etdiyimiz məlumata görə, cənub təmsilçisinin heyətinin komplektləşməməsinə görə bu addım atılıb.
Qeyd edək ki, "Xəzər Lənkəran” fasilə başa çatana qədər bir yoxlama oyunu keçirməyi planlaşdırır.