Yevlax toplanışından sonra iki günlük istirahətə buraxılan "Kəpəz” məşqləri bərpa edib.
Newsport.az-ın məlumatına görə, Gəncə təmsilçisi Bakıda hazırlıq keçir.
Gündə bir dəfə məşqə çıxan "sarı-göylər” "Dalğa Arena”da hazırlaşır. Məşqçilər korpusu paytaxtda texniki və taktiki çalışmalara diqqət ayıracaq.
Xatıraldaq ki, komanda Bakıda iki yoxlama oyunu keçirəcək. Nizami yurdunun təmsilçisi yanvarın 23-də "Neftçi”, ayın 26-da isə "Ağsu” ilə qarşılaşacaq.