“Sumqayıt” İran klubuna məğlub oldu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt” bu gün növbəti yoxlama oyununa çıxıb. 
 

Newsport.az-ın məlumatına görə"Gənclik şəhəri”  təmsilçisi sayca üçüncü oyununda İranın "Spahan” komandası ilə üz-üzə gəlib. Bundan öncəki qarşılaşmada məğlub  olmayan sumqayıtlılar bu dəfə eyni uğuru təkrarlaya bilməyib.  Görüş İran təmsilçisinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.  "Gənclik şəhəri” təmsilçisinin qoluna Pərdis Fərcad Azad imza atıb. 
 
Qeyd edək ki, "Sumqayıt” bundan öncə Qazaıstanın "Akjayık” komandasını 1-0 hesabı ilə məğlub edib, Rumıniyanın "Voluntari” komandası ilə isə 0-0 hesablı bərabərliklə razılaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right