Popov "Qəbələ"nin əsas komandasına qoşuldu

"Qəbələ"nin əvəzedici heyətinin qapıçısı Murad Popov əsas komandaya dəvət alıb. 17 yaşlı qolkiper FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdən sonra birbaşa Antalyaya - əsas komandanın düşərgəsinə yollanıb.

Newsport.az-ın məlumatına görəMurad yanvarın 2-dən Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən həmin beynəlxalq turnirdə U-17 yığmamızın əsas qapıçısı kimi çıxış edirdi. O, yanvarın 13-də başa çatan yarışdan sonra “Qəbələ”nin Türkiyədəki təlim-məşq toplanışına qatılıb. Bununla da əsas komanda ilə hazırlıq keçən qapıçıların sayı 4-ə çatıb. Popov ukraynalı Dmitri Bezotosnı, polşalı David Pietrzkieviç və millimizə cəlb olunmuş Andrey Popoviçlə birgə çalışacaq.

Xatırladaq ki, Murad ötən mövsümdən “Qəbələ”nin şərəfini qoruyur.

"Qəbələ ik Qəzeti"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right