Prosineçki və köməkçiləri daha 3 oyunu izlədi

Azərbaycan Premyer Liqası klublarının təlim-məşq toplanışı və yoxlama oyunlarını izləmək üçün Türkiyənin Antalya şəhərində olan Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, onun köməkçiləri Qordan Tsipriç və Draqan Spasiç çalışmalarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, onlar daha bir neçə yoxlama matçını canlı izləyiblər.

Belə ki, onlar "İnter” – "Slovan” (Bratislava, Slovakiya), "Zirə” – "Optik” (Almaniya), "Qarabağ” – "Diosgyor” (Macarıstan) və "Qəbələ” – "Sürix” (İsveçrə) oyunlarına baxıblar.

Qeyd edək ki, yanvarın 11-dən etibarən millimizin məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç Antaliyadadı, 15-dən isə millinin baş məşqçisi Robert Prosineçki qardaş ölkəyə üz tutub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right