Samir Abasov: Fiziki göstəriciləyi yüksək olan rəqibə qarşı oynadıq

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Türkiyə toplanışı çərçivəsində Rumıniyanın "Voluntari" klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, qolsuz heç-heçə ilə bağlı bunları söyləyib:

“Antalyada ikinci yoxlama oyunumuza çıxdıq. Fiziki göstəriciləri yüksək olan bir komandaya qarşı oynadıq. Maraqlı qarşılaşma oldu. Əvvəlki yoxlama oyununda iki heyət oynatsam da, bu qarşılaşmada cəmi 3 dəyişikliyə əl atdım. Düşünürəm ki, növbəti iki yoxlama oyunundan sonra komanda tam hazır vəziyyətə gələcək”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right