"Qəbələ”də ümidləri doğruldmağı bacarmayan və mövsümlərarası fasilədə komandadan göndərilən rumıniyalı futbolçu George Floreskunun yeni klubu rəsmən bəlli olub.
Newsport.az-ın məlumatına görə, 31 yaşlı futbolçu karyerasını Kipr çempionatında davam etdirəcək. Müdafiəçi sözügedən ölkənin "Omonia” klubu ilə münasibətlərini rəsmiləşdirib.
Bu barədə Kipr klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda Floresku ilə ilkin razılıq əldə edildiyi və futbolçunun yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra müqaviləyə qol çəkəcəyi bildirilib.
Qeyd edək ki, Floresku mövsümün əvvəlində "Qəbələ”yə transfer olunmuşdu. O, "qırmızı qaralar”ın heyətində 1 rəsmi oyunda forma geyinməyi bacarmışdı.