"Xəzər Lənkəran” Nodar Məmmədov və Tuqay Alhüseynlinin ardından daha bir futbolçunu baxışa cəlb edib.
Newsport.az-ın məlumatına görə, söhbət "Sumqayıt”la yollarını ayıran Mirzəağa Hüseynpurdan gedir.
25 yaşlı müdafiəçi hazırda cənub klubunun heyətində baxışdadır.
Qeyd edək ki, Hüseynpur Rusiyanın "Rostov” klubun yetirməsidir. O, ölkəmizdə "Sumqayıt”, "İnter” və "Simurq” kimi klublarda forma geyinib. O, 2011-ci ildə Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına da cəlb olunub.