"Sumqayıt"ın əsas komandası kimi, əvəzedicilər də çempionatın 3-cü və 4-cü dövrəsi üçün hazırlığını davam etdirir.
Newsport.az saytının məlumatına görə, Sumqayıtda "Kapital Bank Arena"da təlim-məşq toplanışını davam etdirən Rövşən Babayevin rəhbərlik etdiyi komanda növbəti yoxlama oyununu keçirib.
Bundan əvvəl, U-19 millimizlə heç-heçə edib, "Qaradağ Lökbatan"a məğlub olan əvəzedicilər bu dəfə Qusarın "Şahdağ" klubunu 6:1 hesabı ilə məğlubiyyətə uğradıb. Bu oyunda "Sumqayıt"ın üzvü Emil Həsənzadə het-trikə, Şahin Əliyev isə dubla imza atıb. Digər qolu isə Bayram Nuruzadə vurub. (klub saytı)