"Xəzər Lənkəran"ın bir rəqibi bəlli oldu

"Xəzər Lənkəran" hazırlığını davam etdirir.

Newsport.az saytının məlumatına görə, artıq cənub klubunun ilk yoxlama oyunundakı rəqibi də məlumdur.

Belə ki, "ağ-yaşıllar" yanvarın 23-də "Sumqayıt"ın əvəzedici komandası ilə qarşılaşacaq. Bundan bir gün öncə isə komanda Bakıya yola düşəcək və hazırlığını paytaxtda davam etdirəcək.

Qeyd edək ki, yanvarın 25-də daha bir sınaq matçının keçirilməsi nəzərdə tutulub. Amma rəqibin kimliyi hələlik, bəlli deyil.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right