"Xəzər Lənkəran"ın sabiq müdafiəçisi Rasim Ramaldanov karyerasını Türkiyədə davam etdirə bilər.
Newsport.az saytının məlumatına görə, hazırda o, qonşu ölkə təmsilçisi ilə danışıq aparır.
Millimizin müdafiəçisinin "Xəzər Lənkəran"a qayıtmaq variantı da var. Belə ki, cənub klubunun baş məşqçisi Elbrus Məmmədov onu komandasında görmək istəyir. Amma Rasim məhz Türkiyə variantına görə cənublulara müsbət cavab verməyə tələsmir.