Bu gün AFFA və PFL tərəfindən təşkil olunan qış kubokunda növbəti oyun keçirilib.
Newsport.az saytının məlumatına görə, altıncı oyun günündə də bir görüş baş tutub.
Bu dəfə "Neftçi" birinci divizion klubu MOİK-lə üz-üzə gəlib. Bu, elita təmsilçisinin turnirdəki üçüncü, birinci divizion klubunun isə ikinci oyunu idi.
Qarşılaşmada hesabı birinci divizion təmsilçisi açıb. Amma ilk yarının sonlarında "Neftçi" hesabı bərabərləşdirməyi bacarıb. Elita təmsilçisi qələbə qolunu da ikinci yarının son saniyələrində vurub. Nəticədə, "ağ-qaralar" yenidən vahid liderliyi ələ keçiriblər.
19 yanvar
MOİK - "Neftçi" - 1:2 (1:1)
Qollar: Röyal Nəcəfov, 19 (1:0). Kaue, 45+1 (1:1). Anyete, 90+2 (1:2).
Bakı. "Bayıl Arena".