Raydell Pupon:"Qurban Qurbanov məni beş ən yaxşı legioner arasında görmürdü"

Hollandiyanın "Roda" klubuna keçən "Qarabağ"ın sabiq hücumçusu Raydell Pupon Ağdam təmsilçisindən gedişi barədə danışıb.

Newsport.az saytının məlumatına görə, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

"Qurban Qurbanov mənimlə həmişə açıq danışırdı. O, dedi ki, mən irəlidə oynaya bilməyəcəyəm. Buna səbəb Azərbaycanda legionerlərə qoyulan limit idi. Baş məşqçi isə məni beş ən yaxşı legioner arasında görmürdü. Amma hər şeyə rəğmən, mən "Qarabağ" karyerama görə qətiyyən peşman deyiləm. Çünki bu, mənim üçün çox əla təcrübə oldu".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right