"Xəzər Lənkəran" çempionatdan çəkildi

Azərbaycanın iki futbol komandası fəaliyyətini dayandırıb.
Newsport.az-ın məlumatına görə, bunlar U-15 liqasında mübarizə aparan "Təhsil" və "Xəzər Lənkəran"ın U-16 komandasıdır.
Lənkəran klubundan bildirilib ki, U-16 komandası U-17 ilə birləşdirilib. Bununla da sözügedən komanda U-16 liqasından çəkilib.
AFFA-nın İntizam Komitəsinin bu gün keçirilmiş iclasında "Təhsil"in də çempionatdan kənarlaşdırılmasına qərar verilib. Komitə klubun çempionatdan çəkilmək haqda müraciətini qəbul edərək onları U-15 liqasından xaric edib və bütün qalmış oyunlarına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Qeyd edək ki, bir müddət əvvəl aşağı yaş qruplarında daha bir neçə klub fəaliyyətini dayandırıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right