Azərbaycan milli komandalarında qeyri-millətlərin çıxış etməsi ənənə halını alıb. Həm aşağı yaş qruplarımızda, həm də əsas milli komandamızda zaman-zaman milliləşdirilmiş futbolçular çıxış ediblər.
Newsport.az-ın məlumatına görə, bir neçə gün öncə də belə bir söhbət yayılmışdı. Türkiyənin "Trabzonspor” klubunun aşağı yaş qrupları üzrə komandasının baş məşqçisi Sadi Təkəlioğlu Türkiyə mətbuatına açıqlamasında AFFA-nın "Trabzonspor”un 2 gənc futbolçusunu Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası üçün danışıqlar apardığını bildirmişdi. Təkəlioğlu AFFA-nın Ahmet Hakan Sevinç və Tayyip Ebrar Cumura göz dikdiyini açıqlamışdı. O, futbolçuların bu barədə düşündüklərini də bildirmişdi.
Futbol11.az saytı olaraq məsələni araşdırmaq qərarına gəldik və futbolçulardan Ahmet Hakan Sevinçlə əlaqə saxladıq.
1999-cu il təvəllüdlü forvard əməkdaşımızla söhbətində bu məsələdən xəbərdar olmadığını bildirib: "Azərbaycandansınız? Sizin ölkədə oynamaq? Mənim heç nədən xəbərim yoxdur. Türkiyə milli komandasına getmək ehtimalım var. Hətta, bu gün-sabah dəvət alacağımı gözləyirəm.”
Gənc hücumçu Azərbaycan yımasında oynayarmısınızmı? sualımızı isə belə cavablandırdı: "Bu, tez bir zamanda veriləcək qərar deyil. Ola bilər ki, yaxın günlərdə Türkiyə millisindən dəvət alım. Qərar vermək çox çətindir.”
Qeyd edək ki, "Trabzonspor”un iki üzvü artıq milliləşdirilib. Doğukan Öksüz və Murat Cem Akpınar millimizin daha öncəki toplanışlarında iştirak edib.