Azərbaycan milli komandasının futbolçusu Toğrul Erat Almaniyanın "Fortuna” klubundan ayrıla bilər.
Newsport.az saytının məlumatına görə, millimizin futbolçusu "Fortuna”dakı durumundan narazıdır.
Almaniya mətbuatında yer alan xəbərlərə görə, Erat "Fortuna”nın əsas heyətində oynamamasından narazıdır. O, məhz buna görə də, özünə yeniiş yeri axtarır.
Qeyd edək ki, Erat Azərbaycanın əsas milli komandasının heyətində 1 rəsmi oyunda forma geyinib.