FIFA futbol veteranı Valeri Hacıyevin vəfatı ilə əlaqədar AFFA-ya başsağlığı məktubu ünvanlayıb.
Newsport.az-ın məlumatına görə, məktub ali futbol qurumunun prezidenti səlahiyyətlərini icra edən İssa Hayatou tərəfindən imzalanıb.
Məktubda qeyd olunub ki, "Neftçi" klubunun heyətində SSRİ çempionatının bürünc medalını qazanmış Valeri Hacıyevin dünyasını dəyişməsi beynəlxalq futbol ailəsinin üzvlərini kədərləndirir və bu münasibətlə FIFA mərhumun ailəsinə, onu sevənlərə dərin hüznlə başsağlığı verir.