Azərbaycan Premyer Liqasının II hissəsinə ölkəmizdə hazırlaşan "Neftçi” baxışa daha bir futbolçu dəvət edib.
Newsport.az saytının məlumatına görə, paytaxt klubu Qazaxıstanın "Şaxtyor” klubunun əvəzedici komandasının üzvü Akif Həsənovu baxışa dəvət edib. Ampulaca hücumçu olan Həsənov artıq "Neftçi”nin bir neçə məşqində işçtirak edib.
Hücumçu ilə bağlı yekun qərarı "Neftçi”nin məşqçilər korpusu verəcək.
Qeyd edək ki, o, Nikolay Adamın dönəmində Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasında forma geyinib.