Azərbaycan Premyer Liqası və I Divizionda mübarizə aparan klubların iştirakı ilə təşkil olunan "CBC Spor Kuboku” turnirində daha bir oyun keçirilib.
Newsport.az saytının məlumaztına görə, paytaxtın AZAL klubu I Divizionda mübarizə aparan "Şərurspor”la qarşılaşıb.
"Bayıl Arena”da baş tutan oyun AZAL-ın 3-2 hesablı qələbəsi ilə başa çatıb.
AZAL-"Şərurspor” 3-2
Qollar:Murad Səttarlı 25, Elmin Çobanov 28, Aleksandr Quruli 80 // Rəhman Musayev 35 (p), Elşən Məmmədov 51.