Rahid Əmirquliyev, Muarem Muarem və Şəhruddin Məhəmmədəliyevi rənglərinə bağlayan "Qarabağ” yaxın günlərdə daha bir futbolçu ilə güclənə bilər.
Newsport.az-ın məlumatına görə,söhbət 17 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Elgün Uluxanovdan gedir. Rusiyanın "Krasnodar” klubunun 19 yaşdək futbolçulardan ibarət komandasının üzvü olan futbolçu baxışdan keçə bilsə mövsümün iknci hissəsinin startına "Qarabağ”da başlayacaq.
Qeyd edək ki, "Qarabağ” türkiyəli gənc oyunçu Şükrü Anıl Tökdəmiri də baxışdan keçirir.