Xəbər verdiyimiz kimi "Xəzər Lənkəran”da sular bulanıqdır. Maliyyə sıxıntıları ilə üzləşən komandanın gələcək taleyi qaranlıqolaraq qalır.
Newsport.az-ın məlumatına görə, belə bir xəbər yayıldı ki, uzun müddətdir komandada müxtəlif vəzifələrdə çalışan Elbrus Məmmədov da komandanı çalışdırmaqdan imtina edib. Hətta komanda İdman Direktoru Yunis Hüseynovun başçılığı alıtnda məşqə çıxıb.
Buna baxmayaraq Elbrus Məmmədovu geri qayıtmağa razı sala biliblər. Komandanın prezidenti Mais Mənsimov çox inandığı şəxsi geri qaytarıb. Bu gün Lənkərana yola düşəcək Məmmədov sabahdan komandanı məşqə çıxaracaq.(futbol11.az)